Full albüm indir,Bedava Mp3 Yükle,Film,dizi,indir
Forumumuzdan yararlanabilmek icin üye olunuz.

Join the forum, it's quick and easy

Full albüm indir,Bedava Mp3 Yükle,Film,dizi,indir
Forumumuzdan yararlanabilmek icin üye olunuz.
Full albüm indir,Bedava Mp3 Yükle,Film,dizi,indir
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Aşağa gitmek
Admin
Admin


Hezi Aslanov ( .... - .... ) 23lb6v9
Erkek
Domuz
Mesaj Sayısı : 4079
Yaş : 101
Nerden : Dunyadan
İş/Hobiler : Antialem
Ruh HaliM : Hezi Aslanov ( .... - .... ) Yorums10
TaKıMım : Hezi Aslanov ( .... - .... ) Tarkiy10
Cinsiyet : Hezi Aslanov ( .... - .... ) I_icon_gender_male
Points Points : 166158
Kayıt tarihi : 09/09/08

Kişi sayfası
Aktiflik :
Hezi Aslanov ( .... - .... ) Img_left100/100Hezi Aslanov ( .... - .... ) Empty_bar_bleue  (100/100)
Başarı Puanı :
Hezi Aslanov ( .... - .... ) Img_left100/100Hezi Aslanov ( .... - .... ) Empty_bar_bleue  (100/100)
Güçlülük:
Hezi Aslanov ( .... - .... ) Img_left100/100Hezi Aslanov ( .... - .... ) Empty_bar_bleue  (100/100)
https://antialem.yetkin-forum.com

Hezi Aslanov ( .... - .... ) Empty Hezi Aslanov ( .... - .... )

Salı 4 Kas. - 21:59
Hezi Aslanov ( .... - .... )

ASLANOV Həzi Əhəd oğlu
iki dəfə “Sovet İttifaqı Qəhrəmanı”

Həzi Əhəd oğlu Aslanov Lənkəranda dünyaya göz açmış və böyümüş, Bakı və
Peterburq məktəblərində təhsil almışdır. 1929-cu ildə hərbi xidmətə
başlamış, Sovet-Finlandiya müharibəsində iştirak etmişdir.
Alman faşizminin SSRİ-yə 1941-ci ilin 22 iyununda müharibə başladığı
ilk günlərdə kapitan Həzi Aslanovun komandir olduğu tank batalyonu Lvov
yaxınlığında yerləşirdi və faşistlərlə ilk döyüşü Zoloçev adlı yerdə
başladı.
1941-ci ilin son aylarında Moskva ətrafındakı döyüşlərdə hərbi
təşkilatçılıq bacarığı və səxsi igidliyinə görə ona podpolkovnik
rütbəsi verildi.Onun hərbi sərgərdəlik sahəsində xüsusi məharəti
1942-ci ilin 15-19 dekabrında Stalinqrad uğrunda vuruşlarda özünü bir
daha göstərdi.
Stalinqrad şəhəri uğrunda vuruşlar zamanı polkovnik Həzi Aslanov
komandir olduğu 55-ci tank alayı Verxni-Kumskda general-feldmarşal
Manşteynin ordu birləşmələrinin arası kəsilmədən təşkil etdikləri
hücumaların qarşısını alan hissələrdən biri olmuşdur.Həmin vuruşlara
görə Həzi Aslanov 1942-ci lin 22 dekabrında Sovet İttifaqı Qəhrəmanı
fəxri adı verilmişdir.1943-cü ilin payızda 35-ci Qvardiya tank
braqidasının səxsi hey`əti aldığı yeni texnika ilə döyüşlərə
hazırlaşdığı dövrdə polkovnik H.Aslanov Moskvada Zirehli tank və
motorlu qoşunlar akademiyası təhsilə göndərilir.Akademiyanı bitirmək
ərəfəsində, 13 mart 1944-cü ildə ona general-mayor rütbəsi verilir.Tank
qoşunları qvardiya general-mayor hərb təcrübəsində “cinahlardan zərbə
vurmaq taktikasının” mahir ustası kimi tanınmış sərkərdədir və bu
sahədə hərb elmini zənginləşdirmişdir.Yalnız 1944-cü ildə onun adı Ali
Baş Komandan İ.V.Stalinin qələbə münasibəti ilə verdiyi əmrlərdə 8 dəfə
çəkilmişdir.
General-mayor Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı
verilməsi materialları həmin müharibə illərində də xalqımıza düşmən
olan qüvvələr tərəfindən gizlədilmişdi və ona ikinci dəfə “Sovet
İttifaqı Qəhrəmanı” adı 1990-cı ildə verildi.Görkəmli hərbi sərkərdə,
iki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-mayor Həzi Aslanov
1945-ci ilin 24 yanvarında (faşizm üzərində qələbəyə üç ay yarım
qaldığı bir vaxtda) Yelqava şəhəri (Litva) yaxınlığındakı vuruşda
qəhrəmancasına həlak olmuşdur.Döyüşlərdə komandirlik rəşadətlərinə və
şəxsi igidliklərinə görə o, 11 orden və bir sıra hərbi medallarla
təltif edilmişdir.
Bakıda Dağüstü parkda dəfn edilmişdir.Bakıda zabitlər evi, Volqoqradda
küçə, Bakı və Volqoqradda məktəb və tanker onun adını
daşıyır.Lənkaranda ev xatirə muzeyi yaradılmışdır. Onun adı təhsil
aldığı Bakı Ümumi Ordu Komandirləri Məktəbinin I rotasını şəxsi
hey`ətinin siyahısına əbədi olaraq daxil edilmişdir.
Sayfa başına dön
Bu forumun müsaadesi var:
Bu forumdaki mesajlara cevap veremezsiniz